9 Noyabr 2019 01:16
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Bordo şəhərində şəxsi zirzəmidən ümumi dəyəri təxminən 500 min avro təşkil edən nadir şərab növləri oğurlanıb.

Teleqraf.com xəbər verir ki, təcavüzkarlar tacirin evinin altındakı zirzəmidə pəncərəni sındırıb və ən qiymətli şərablarla dolu yüzə yaxın qutu aparıblar. Sahibinin dediyinə görə, qutularda "Chateau Petrus" və ya "Chateau Margot" kimi Bordoya aidlərdən başqa "Romane-Conti" də daxil olmaqla Burqundiya çeşidləri də saxlanılırdı. Oğurlanan çaxırlar arasında ən qədimləri bir neçə onillikdən qalmalar olublar.

Müstəntiqlər baş verənləri araşdırmağa çalışırlar, lakin indiyə qədər qonşular da daxil olmaqla heç bir şahid tapa bilmirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər