9 Fevral 2022 09:05
2 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kraliça II Elizabet öz varisini elan etdikdən sonra gözlər şahzadə Çarlzın arvadı Kamillanın taxacağı taca çevrilib.

Teleqraf.com xəbər verir ki, kraliçanın tacındakı gözoxşayan kohi-nur almazı ilə bəzədilmiş detal hər kəsi təəccübləndirib.

Britaniya kraliçası II Elizabet taxta çıxmasının 70-ci ildönümü ilə əlaqədar yayımladığı məktubunda gəlini Kamilla Parker-Boulza müzakirələrə səbəb olan jest edib. Kraliça məktubunda yerinə keçəcək oğlu Şahzadə Çarlz haqqında bəhs edib. O, oğlunun taxta oturduqdan sonra xanımı Kamillanın kraliça kimi tanınmasının səmimi arzusu olduğunu deyib.

Şahzadə Çarlz isə anasına verdiyi dəstəyə görə təşəkkür edərək, çox sevdiyi həyat yoldaşının və özünün anasının arzusunun nə demək olduğunu bildiklərini və bununla qürurlandıqlarını deyib.

Çarlz kraliçanın açıqlamalarından sonra bunları söyləyib:

“Bu gün həyat yoldaşım və mənim üçün tarixi gündür. Bu tarixi gündə həyat yoldaşım və mən Əlahəzrət Kraliçanı xalqa, krallığa və dünyaya xidmətlərindəki uğurlarına görə təbrik edirik. Kraliçanın bütün xalqının rifahı üçün fədakarlığı hər keçən il ona daha çox heyran olmağımıza səbəb olur. Biz anamın arzusunun təmsil etdiyi şərəfin fərqindəyik”.

Şahzadə Diana və Şahzadə Çarlzın evliliyində böyük problem yaradan “ev yıxan qadın” kimi tanınan Kamillanın tacı hər kəsin maraq dairəsinə düşüb. Kraliçanın kohi-nur almazları ilə bəzədilmiş tacı Şahzadə Çarlz kral olduqdan sonra Kamillaya məxsus olacaq. Tacdakı diqqətçəkən Osmanlı detalı hər kəsi təəccübləndirib.

Göz qamaşdıran tacdakı almaz Kraliça Viktoriyaya 1856-cı ildə Sultan Əbdülməcid tərəfindən Krım müharibəsi zamanı ingilislərin dəstəyinə görə təşəkkür olaraq verilib. 1937-ci ildə İngiltərə kraliçası üçün hazırlanmış tacdakı qiymətsiz almazın 105 karat olduğu deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər