11 Noyabr 11:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qlobal cənubun postmüstəmləkə quruluşuna, eləcə də yerli əhalinin əziyyət çəkdiyi ölkələrə yenidən baxılmalıdır".

Teleqraf.com xəbər verir ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP-un nəticələrinə yerli xalqların baxışı" mövzusunda keçirilən USCAN konfransında bildirilib.

Qlobal müstəmləkə keçmişini yaşamış yerli xalqların və qlobal cənubun nümayəndələri qrupu iqlim dəyişiklikləri ilə mübarizəyə çağırış ediblər. Onlar qlobal iqlim maliyyələsinin vacibliyini müzakirə ediblər.

"COP29-da biz müstəmləkə zülmündən əziyyət çəkən qlobal cənuba birbaşa təsir göstərən iqlim dəyişikliyini minimuma endirmək üçün birlikdə işləməliyik", - Amerika yerli xalqının nümayəndəsi Ceykob Cons bildirib.

"Söhbət təkcə iqlim dəyişikliyində deyil, iqtisadiyyata və siyasətə yanaşmamızdan da gedir", - Misir və Fələstinin nümayəndəsi Aya Kurşid qeyd edib.

Konfransın yekununda iştirakçılar qeyd ediblər ki, bəşəriyyət COP kimi tədbirlərin əhəmiyyətini, iqlim dəyişiklikləri ilə mübarizədə birləşməyin vacibliyini xatırlamalı və maliyyələşdirməyə görə öz üzərinə məsuliyyət götürməlidir.

"İnkişaf etmiş ölkələr başa düşməlidirlər ki, uğur qazanmaq istəyiriksə, söhbət trilyonlarla dollardan gedir", - C.Cons yekunlaşdırıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər