9 Dekabr 09:53
209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.

Y.Rəfiyev forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib.

Y.Rəfiyevin həmçinin, forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, dekabrın 6-da başlayan forum ayın 8-dək davam edəcək.

Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər