Bakıda zavodda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinindən verilən məlumata görə, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən Metal Konstruksiyalar Zavodunda baş verib.
Zavodda işləyənlər - qəsəbə sakini Qadir Ömərov və Quba rayon sakini Ağakərim Bağırov təmir-quraşdırma işləri görərkən 20 metr hündürlükdən yıxılıblar.
A.Bağırov hadisə yerində, xəstəxanaya yerləşdirilən A. Ömərov isə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
/ans press/