Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan keçən həftə ABŞ-a daha öncədən planlaşdırılmamış və heç bir ictimai və ya siyasi yükü olmayan bir səfər reallaşdırdı.
Səfərə bir neçə gün qalmış, ölkə daxilində hökumət yönümlü mediada Ermənistanın birinci xanımının ABŞ-a erməni milli maraqlarına xidmət edən səfərində əsas məqsədlərdən biri də Konqresdə Dağlıq Qarabağla bağlı müzakirələr açmaq olacağı haqqında məlumatlar dolaşdı. İki gün davam edən səfər bütünlükdə ABŞ dakı Erməni Lobbisinin nümayəndələri və ABŞ Konqresində fəalıyyət göstərən Amerika Erməni Milli komitəsinin müxtəlif layihə icraçıları müşayiəti ilə başa çatdı.
ABŞ Konqresində isə Ermənistanın birinci xanımın görüşü sadəcə Konqres kitabxanasında erməni dilində miniatür kitabların yerləşdiyi guşə ilə tanışlıq, ora kitab hədiyyə etmək elə bu guşədəcə onu müşayiət edən Amerika Erməni Milli Komitəsinin nümayəndələrini və müxtəlif layihə icraçılarını rəhbərlik etdiyi fondlar haqqında məlumatlandırmaqdan ibarət oldu.
Anna Akopyan “Amerikan xülyası”na vüsalının ikinci günü Ermənıstanın ABŞ dakı səfirliyinin təşkilatçılığı ilə "Karnegi Endowment" mərkəzinin baş ofisində keçirilən tədbirdə həyat yoldaşını hakimiyyətə gətirən “məxməri inqilabı” Ermənistanın ən yeni tarixində baş verən ən mühüm hadisə kimi təqdim etməsi , ölkəsinin indisi və gələcəyi haqqında fikirlərini bölüşməklə və ən əsası da iştirakçılara özünün rəhbərlik etdiyi fondlar , özünü ideya müəllifi kimi göstərdiyi "Qadınlar sülh naminə " təşəbbüsü haqqında məlumatlandırmaqla bitmişdir.
Burada bir haşiyə çıxım, Anna Akopyanın özünün ideya müəllifi kimi göstərdiyi Cənubi Qafqazda "Qadınlar sülh naminə " təşəbbüsü Aİ-nin "xalq diplomatiyası" adı altında cəmiyyətlərin yaxınlaşması məqsədilə həyata keçirdiyi və gözləntilərin doğrulmaması üzərindən qısa bir müddətdən sonra dayandırdığı, Gürcüstanın işğal olunmuş ərazilərindəki əsgər anaları ilə gürcü əsgər analarınin görüşlərinin təşkili, onların mədəniyyət və məişət təsəvvürlərinin mübadiləsini nəzərdə tutan bir proqram idi. Əslində layihənin dayandırılmasına səbəb isə Avropa Birliyinin yerli ofisinin layihəni həyata keçirən tərəfdaş QHT nin gürcü tərəfindən erməni əsilli qadınların guya gürcü əsgər anaları kimi təqdim etməklə saxtakarlığa əl atması və layihənin imitasiya etməsini aşkarlaması olmuşdur.
Annanın bu layihənin ideya müəllifi olmasını iddiasında səmimiyyəti elə oğlunu başqa dövlətin işğal olunmuş ərazilərində hərbi xidmət etməyə göndərən qadının "Qadınlar sülh naminə" təşəbbüsündə səmimiyyəti qədərdir.
Akopyanın bu səfəri nə rəsmi, nə də ABŞ-dan bir kiminsə dəvəti əsasında baş tutmamış, məxməri inqilab fonunda Ermənistanda korrupsiya qarşı mübarizə aparacaq şüarları və qərbpərəst , demokrat lider imici ilə hakimiyyətə gələn Nikol Paşınyanın reytinqinin ölkə daxilində kəskin endiyi bir dövürə təsadüf edir və bu səfər bir mənalı olaraq yeni hökumətin ölkə daxili nüfuzunu bərpa etmək istiqamətində atılan addımlardan biridir.
Belə ki, keçən ay dərc paylaşılan Avropa İttifaqının Brüsseldə öz siyasi və iqtisadi institutları üçün tərtib etdiyi, Ermənistan hökuməti və hakim ailəsi haqqında korrupsiya faktları ilə bağlı hesabatı Ermənistanda şok effekti yaratmış, rəqibləri və müstəqil analitiklər tutarlı arqumentləri ilə "qərbpərəst" və "demokrat" imicləri yerlə bir olan Paşınyan və komandası üçün kəskin nüfuz itkisinə səbəb olmuşdur.
Keçən ay yazıların birində, hesabatda yer alan yeni baş nazir Nikol Paşınyanın yaratdığı və həyat yoldaşı Anna Akopyanın bir başa idarə etdiyi korrupsiya sxemi üzrə müxtəlif fondlar adı altında öz siyasi rəqibləri və devirdiyi hökumətin nüfuzlu simalarından rüşvət alması, köçürmələr, bank hesabları, vəsaitlər və fərdi hesablar haqqında qeydlərin olmasını söyləmişdim.
Bu ilin yanvar ayında Davos Forumunda iştirakı müddətində , Sürixdə yaratdığı və idarə olunmasında bir başa iştirak etdiyi fondlara son 3 ayda köçürmələrin ümumilikdə həcmi nə az nə çox 1,5 milyard avroluq bir məbləği əhatə edir.
Onu da qeyd edim ki, ABŞ-a Dağlıq Qarabağla bağlı müzakirələr təşkil etmək görüntüsü ilə səfər edən Akopyanın Konqress kitabxanasında və digər görüşlərində Avropa İttifaqının Ermənistanda şok effektı yaradan korrupsiya hesabatında adı keçən fondlar haqqında danışması əslində ermənilərin ABŞ konqresi və ya bu ölkənin digər qanunvericilik orqanlarında kriminal elementlər haqqında danışmasınin nə ilk və ya sonuncu halı deyil.
Məsələn, Amerika Erməni Milli Komitəsinin idarə heyətinin sıralarında təmsil olunan terror fəaliyyətinə görə məhkum olan şəxslər rahat şəkildə ABŞ Konqresi üzvləri ilə müxtəlif regionlardan olan terrorçuların və ya ABŞ-ın milli maraqlarına qarşı çıxış edən xarici media şirkətlərinin başçılarının görüşlərini təşkil etməsi mütəmadi bir haldır: AEMK nın idarə heyəti sıralarında rəsmi olaraq ABŞ da 4 dəfə terror hadisəsi törətmiş , təzyiq göstərmək, silahlı hücum və terrorizm üstündə məhkum edilmiş Murad Topalyan Kapitolidə ABŞ Konqresi üzvləri ilə görüşlər təşkil edir və s.
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın dünyada erməni lobbisinin əsas elementi sayılan Amerika Erməni Milli Komitəsi ilə Kapitolidə və diğər görüşlərində Avropa İttifaqının korrupsiya hesabatında adı keçən fondların təqdimatının əsas səbəbi daxili auditoriya üçün Avropa İttifaqının korrupsiya hesabatı ilə ifşa olunan " fondlarında siyasi rəqibləri və devirdiyi hökumətin nüfuzlu
simalarından alınan rüşvətlərin erməni milli maraqlarına xidmət üçün toplanması, keçmiş hökumətin xalqdan oğurladığı vəsaitin xalqın milli maraqlarına xərclənməsi görüntüsünü yaratmaq və korrupsiya hesabatının vurduğu ziyanin "zərərsizləşdirilməsi"nə xidmət edən addımlardır.
Bu görüşün Ermənistan-ABŞ münasibətləri və ya sadəcə, Ermənistanın özü üçün hər hansı üstünlüyü vəd edəcəyini proqnozlaşdırmaq sadəlövhlükdür.
Yeganə Hacıyeva , Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə ekspert