4 Sentyabr 2019 18:25
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəlində silahli münaqişələrdə müxtəlif silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi üzrə ixtisaslaşmış Britaniyanın “Conflict Armament Research” mərkəzi hesabat dərc etdi. (https://www.conflictarm.com/reports/weapon-supplies-into-south-sudans-civil-war)

Hesabatın 74 cü səhifəsində faktlar, onları sübüt edən sənədlər və radar göstəriciləri əlavə olunmaqla Ermənistan dövlət aviaşirkətinin Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına , mərkəzi və şimali Afrika terrorçularına silah daşıması faktı ifşa olundu.

Bu hesabatdakı məlumatlar daha sonra NATO və Avropa Birliyi təhlükəsizlik qurumları sənədlərinə öz əksini tapdı.
Həmçinin bu hesabata istinadlara Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu, AŞ – nın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsinin, İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin Korrupsiya və Çirkli Pulların Yuyulması, silahlı münaqişələrdə müxtəlif silahların tətbiqi və onların dünya üzrə daşınmasının izlənməsi ilə əlaqəli alt qurumlarının müvafiq qiymətləndirmə sənədlərində rast gəldik.

Bu hesabatı bizim üçün maraqlı edən məqamlarından biri isə “Balkan Araşdırmaçı Jurnalistlər şəbəkəsinin” üzvü, bolgar jurnalist Dilyana Qaytanjiyevanın il yarım öncə Azərbaycan Hava yollarının dünyada terror ocaqlarına yükdaşımasını iddia etdiyi yazısındakı məlumatların bu hesabatda əksini tapmaması oldu.
Bu fakt özlüyündə Dilyana Qaytanjiyevanın yazısının hansısa dairələrin sifarişi əsasında , qeyri ciddi yazı olmasının sübutu idi.

Onu da qeyd edim ki, Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin bir qolu olan Balkan Araşdırmaçı Jurnalistlər Şəbəkəsı həm də diqqətli Azərbaycan siyasət izləyicilərinə tanış olan OCCRP-Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatlılığı layihəsinin bir qoludur.

Balkan ölkələri üzrə hər iki şəbəkənin işçiləri eyni jurnalistlər, ofisləri, maliyyə qaynaqları, beynəlxalq tərəfdaşları və s. eynidir.

Hər iki şəbəkənin donoru bu ölkələrdə fəaliyyət göstərən Açıq Cəmiyyət Fondunun yerli bölmələri və eyni beynəlxaq maliyyə qaynaqlarıdır.

Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsi isə OCCRP-Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatlılığı adlı layihənin duble versiyası olması haqqında isə daha öncəki yazılarda qeyd etmişik. Hər iki layihənin hesabatlarındakı məlumatların kəşfiyyat və xüsusi xidmətlərin sızdırması əsasında tərtib olunması beynəlxalq kiber və umumi təhlükəsızlık sammitlərində dəfələrlə ən yüksək səviyyədə səsləndirilib.
Bu fakt Dilyana Qaytanjiyevanın Azərbaycan Hava yollarının dünyada terror ocaqlarına yükdaşıması haqqındakı uydurma yazısından tam aydın olur.
Məsələn, yazida bolqar jurnalist iddia edir ki, güya Mərkəzi , Şimali Afrika və Yaxın Şərqdə olan terror ocaqlarına səfər edərkən şahid olub ki, bu terror ocaqlarına silah daşımalarını bizim hava yolları şirkəti həyata keçirirmiş.
Belə ki, BMT-nin sülhməramlılarının olmadığı və dünyanın aparıcı media mərkəzlərinin nümayəndələrinin burnunu belə soxa bilmədiyi Mərkəzi Afrika bazalarına bir qadın jurnalist statusunda səfərlər edirmiş.
Bu jurnalist Mərkəzi və Şimali Afrika və həmçinin Yaxın Şərqdəki terroristlərin bazalarında silah və texnikalar haqqında məlumatlar toplayır və çox rahat bunların daşınması, nəqliyyat yollarını öyrənirmiş.
Burda yaranan məntiqi suallar əsasında belə bir mənzərə aydın olur: bir jurnalist belə təhlükəli yerlərə hansısa statusda səfərlər edib, bu məlumatları kimin üçün və hansı tapşırıq əsasında toplayırmış?
Əgər hətta yazıda qadının iddia etdiyi səfərlər doğurdan da həyata keçirilibsə, deməli bu qadının hansısa xüsusi təyinatlı fəaliyyətlə məşğul olması şübhəsizdir və deməli bizim şirkətlər haqqında söylədiyi fikirlər də onun növbəti xüsusi təyinatlı tapşırığıdır.

Lakin istər il yarım öncə, istərsə də elə bu günlərdə bolgar jurnalistin bu yazısının tirajlanmasının şahidi oluruq. Maraqlı məqamlardan biri isə daxildə müxtəlif siyasi qrupların zaman zaman bu yazını tirajlamasını müşahidə olunmasıdır. Burda isə daha maraqlı bir məqam var: məsələn daxili siyasi qruplar xüsusi təyinatlı fəaliyyəti şübhə doğurmayan bir şəxsin ölkəmiz əleyhinə istifadə olunması üçün uydurmuş olduğu məlumatlarl hansı məqsədlə tirajlayır?
Onları birləşdirən ortaq maraqlar və ya ortaq dairələr hansıdır və s…


Müəllif: Yeganə Hacıyeva