21 Yanvar 2015 08:01
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Konqresdəki son çıxışı zamanı bir sıra diqqəti çəkən çağırışlar edib.

Teleqraf.com-un məlumatına görə, prezident növbəti dəfə terrorçuluqda şübhəli bilinən əcnəbilərin saxlanıldığı Quantanamo hərbi həbsxanasının bağlanmasını istəyib.

“Mənim prezidentliyim dövründə biz Quantanamodakı məhbusların sayının iki dəfə azaldılması üzərində böyük məsuliyyətlə çalışmışıq. İndi bu işin sona çatdırmaq vaxtı gəlib çatıb. Mən bu həbsxananı bağlamaq niyyətindən dönməyəcəm”, deyə Obama vurğulayıb.

Hazırda “Quantanamo” həbsxanasında 122 məhbus cəza çəkir.


Müəllif: