2 Noyabr 17:29
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya vətəndaşı Cəmşid Şarməhdin edamından sonra bu ölkənin Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə Alman XİN-in sözçüsü Kristofer Burger məlumat yayıb.

"Almaniya uzun müddətdir İrana səyahətlə bağlı xəbərdarlıq edib və öz vətəndaşlarından bu ölkəni tərk etməyi istəyib, ona görə ki, Tehran Almaniya vətəndaşlarını girov götürür", - o bildirib.

Burger həmçinin almaniyalılara İrana səfərər etməməyi tövsiyə edib.

Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.

Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər