3 Noyabr 20:46
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın protokoluna uyğun olaraq, “AZIREX-2024” birgə taktiki təlimi baş tutacaq. Bu təlimdə Azərbaycan və İran hərbi dəniz qüvvələrinin bir qrup şəxsi heyəti və döyüş gəmiləri iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, təlimə qatılmaq üçün Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri noyabrın 2-də qonşu ölkəyə səfər edərək, Ənzəli dəniz limanına gəliblər. Təlim Xəzər dənizinin İran İslam Respublikasına aid hissəsində keçiriləcək.

"Dənizdə axtarış-xilasetmə" mövzusunda baş tutacaq təlimə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 döyüş gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq. Bu təlim iki ölkə arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə və dənizdə əməliyyat bacarıqlarının artırılmasına xidmət edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər