9 Noyabr 19:14
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk növbədə Ukraynadakı münaqişəyə son qoymaq istəyir.

Teleqraf.com xəbər verir ki, bunu onun keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton “The Telegraph”a müsahibəsində deyib.

Boltonun fikrincə, Ukrayna böhranının həlli üçün ehtimal edilən şərtlər ərazi güzəştləri və hətta Ukraynanın NATO üzvlüyündən imtinasını əhatə edə bilər.

“Düşünürəm ki, Ukraynada münaqişənin həllinə və hərbi əməliyyatlara son qoyulmasına çalışmaq Trampın əsas prioritetlərindən biri olacaq. Belə qərarların Ukrayna üçün nəticələri çox ağır ola bilər”, - deyə o qeyd edib.

Bundan əlavə, ekspert hesab edir ki, ABŞ NATO-dan tamamilə çıxa və ya blokla tərəfdaşlığa yenidən baxa bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər