2 İyul 2014 17:43
730

"Süni günəş vannaları xərçəngə yol aça bilər"

Bu sözləri Milli Onkologiya Mərkəzinin şöbə müdiri Samir Qurbanov movqe.az-a açıqlamasında bildirib. Onkoloq solyari vasitəsilə qaralmaq istəyən xanımların bəzən sağlamlıqlarını ikinci plana qoyduğunu, süni günəş vannalarının xərçəngə belə yol açmaq ehtimalının olduğunu söyləyib: "Çox təəssüf ki, bəzi qadınlar gözəlliklərini fikirləşərkən sağlamlıqlarını arxa plana keçirirlər. Amma unutmaq olmaz ki, ən önəmlisi insanın sağlam olmasıdır.

Qadınların gözəlləşmək üçün müxtəlif vasitələrdən istifadəsi zəruri olsa da, süni günəş vannalarının qəbulu zamanı həssas olmalıdırlar. Solyariyə girməzdən öncə onkoloji xəstəliklərə qarşı müayinə şərtdir. Ola bilər ki, qadında onkoloji xəstəliyə risk var. Bu zaman belə qadınların süni günəş vannası qəbul etməsi təhlükəlidir”.


Qeyd edək ki, paytaxt Bakıda solyari xidməti təklif edən gözəllik salonlarının sayı kifayət qədərdir. Bu xidməti təklif edən iaşə obyektlərinin sayının günü-gündən artması isə tələbatın olmasından irəli gəlir. /Milli.az/


Müəllif:
Загрузка...