2 İyul 2014 19:44
5 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalidə 15 ay girov saxlanılan jurnalist Amanda Lindhoutun ona təcavüz edən şəxslə sosial şəbəkədəki əlaqələri üzə çıxdı.

Hollivud xanım jurnalistin həyatını filmə çəkməyə hazırlaşarkən, o, ona təcavüz edən şəxslə Facebook-da damışmağa başlayıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Amanda Lindhout və avstraliyalı fotoqraf Nigel Brennan 2008- ci ildə Somalinin paytaxtı Mogadişuda qaçırılmışdı. Lindhout və Brennan Somalidə bir hekayə üzərində çalışırmış.

Jurnalist xanım başına gələn olayları "House in The Sky" kitabında yazıb.

Girovluqda olduğu zaman daim cinsi təcavüzə məruz qalan Lindhout “Bir günü belə geridə qoymaq çox çətin idi və mən bunun nə zaman bitəcəyini bilmirdim. Hər gün zorlanırdım” deyə olanları xatırladıb.

Girovluqdan azad olunduqdan sonra Amanda Lindhout Somali qadınlarına kömək etmək üçün "Global Enrichment Foundation" adlı təşkilatı yaradıb.

Onu qaçıranların biriylə Facebook-da yazışan Lindhout "Bu kişi Somalili qadınlara etdiyim yardımlar görə haqqımda qürurla danışırdı", - söylədi.

Amanda Lindhoutun "House in The Sky" adlı kitabı əsasında "American Hustle" kimi rekordları qıran filmlərin yaradıcısı Annapurna Pictures tərəfindən film çəkiləcək. Filmdə Amandanın başına gələnlər yer alacaq.

Xalidə


Müəllif: