8 İyul 2014 11:16
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün birinci növbədə ətraf rayonlar Azərbaycana qaytarılmalıdır”.

Bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın ətraf rayonlarının Azərbaycana qaytarılması münaqişənin həlli istiqamətində təqdim edilən 6 prinsipdən biridir.

“Dağlıq Qarabağ münaqişəsi məlum 6 prinsip əsasında həll edilməlidir. Bunun başqa variantı yoxdur. Laçın dəhlisi istisna olmaqla Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılmalıdır”, deyə Heffern bildirib.

Səfir onu da bildirib ki, ətraf rayonlar Azərbaycana qaytarıldıqdan sonra ermənilərin təhlükəsizliyini təmin etmək üçün bölgəyə büynəlxalq sülhməramlılar yerləşdiriləcək.

/ans press/

Müəllif:

Oxşar xəbərlər