8 İyul 2014 12:09
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail “Həmas” terror qruplaşmasına qarşı rəsmən müharibə elan edib.



Bu barədə İsrail ordusunun sözçüsü Avihai Adera açıqlama verib. O, bildirib ki, İsrail ordusu Qəzza zolağında “Həmas”a qarşı hərbi əməliyyatlara başlayıb.

”İsrail ordusu Qəzzada “Uçuruma qarşı” hərbi əməliyyatlar keçirir. Gecə boyunca havadan, qurudan və dənizdən hücumlarhəyata keçirilir”, deyə Avihai Adera bildirib.

1500-dən artıq ehtiyatda olan zabitin orduya çağrıldığı bildirilir.

Qeyd edək ki, ötən həftə İsrail hökuməti “Həmas”a xəbərdarlıq etmişdi ki, raket hücumlarına son verilməzsə, ordu qüvvələri hərəkətə keçəcək.

​/ans press/


Müəllif: