8 İyul 2014 12:33
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəşkəsəndə leysan yağışları nəticəsində rayona sel gəlib.



Sel Dəşkəsəndə yol infrastrukturuna ciddi ziyan vurub.

Belə ki, sel Daşkəsən-Xoşbulaq yoluna qaya parçaları gətirib. Nəticədə yolda nəqliyyatın hərəkəti dayanıb. Yuxarı Daşkəsən istiqamətində də çınqıl, qaya daşlarının yola tökülməsi nəqliyyatın hərəkətini dayandırıb.

Daşkəsən Fövəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev ANS PRESS-ə açıqlamasında bildirib ki, görülən işlər nəticəsində Xoşbulaqda yol açılıb: "Yuxarı Daşkəsən istiqamətində yol hələ də bağlıdır. Bu istiqamətdə də işlər aparılır".

/ans press/


Müəllif: