9 İyul 2014 22:12
2 907
12 Punto 14 Punto 16 Punto 18 Punto
tabloid.az

Kristen Stüart

“Alatoranlıq” filmi ilə məşhurlaşan Kristen Stüartın evinin qiyməti 4.8 milyon dolardır. Bu möhtəşəm evdə 5 otaq, 1 salon və 2 hamam var.

Britni Spirs

Təkcə öz ölkəsində deyil, bütün dünya pop musiqisinin kraliçası sayılan və sevilən müğənni Britni ABŞ-ın Los- Ancelos şəhərində yaşayır. 20 milyon dollarlıq möhtəşəm evin 10 yataq otağı, 13 hamam var.

Castin Biber

Gənclərin bir nömrəli müğənnisi Castin də həmkarı Britni kimi Los-Ancelosdə yaşayır. Castinin evi digər dünya ulduzlarının evlərindən daha ucuzdur. 1.7 milyon dollarlıq evdə fitness otağı, hovuz və SPA mərkəzi var.

50 Sent (50 Cent)

Rep musiqisini bütün dünyaya sevdirən 50 Sent bunun qarşılığında milyonlarla insanın xəyalını belə qura bilməyəcəyi zənginliyə qovuşub. Belə ki, reper ən bahalı evə sahib olan dünya ulduzudur. Onun evinin qiyməti 100 milyon dollardır. Bu möhtəşəm evin içində hovuz, kino salonu, diskoteka, 25 yataq otağı, 50 fərqli otaq və 18 hamam var.

Qeyd edək ki, evin ətrafındaki təbii göl və meşə də reperə aiddir. Ulduz bir ara bu möhtəşəm evi satmaq istəyirmiş, ancaq tələb etdiyi pulu heç kim vermədiyi üçün bu fikrindən daşınıb.

Şarliz Teron

Dünyanın ən yaxşı aktrisaları sırasında yer alan Şarliz 7.5 milyon dollarlıq lüks evdə yaşayır. 3 yataq otağının olduğu evi kirayəyə verib başqa evə daşınmaq istəyən aktrisa aya 30 min dollar ödəyə biləcək müştəri axtarır.

/tabloid/


Müəllif: