Şəkillərdə əllərində ingilis dilində yazılmış şüar tutan fələstinli ərəb və amerikalı yəhudi var
Sosial şəbəkələrdə fələstinli və yəhudi qadının ortaq etirazını əks etdirən foto şəkil yayılıb.
Alınan məlumata görə, bu şəkil 3 fərqli tarixdə çəkilmiş 3 fotodan meydana gəlib.
Fotolardan biri 1973-cü ildə, 2-si 1994-cü ildə, sonuncusu isə 2001-ci ildə çəkilib.
Şəkillərdə əllərində ingilis dilində yazılmış şüar tutan fələstinli ərəb və amerikalı yəhudi var.
Ərəbin əlindəki şüarda, “Mən Qüdsdə doğulmuş fələstinli ərəbəm. Fələstin mənim vətənimdir. Amma ora gedə bilmirəm” – yazılıb.
Yəhudi qadının əlindəki şüarda isə, “Mən Amerika yəhudisiyəm. İsrail mənim vətənim deyil. Amma ora gedə bilərəm” - yazılıb.
/ans press/