Bu gün səhər saat 5:00 radələrində "Sədərək" Ticarət Mərkəzində yanğın olub.
Mağaza sahiblərinin Publika.az-a verdiyi məlumata görə, 1-ci zonada 3-cü sıradan 4-cü sıraya keçiddə yerləşən mağazalarda yanğın olub. Nəticədə, 5 mağaza tamamilə yanıb. Mağaza sahiblərinə külli miqdarda ziyan dəydiyi bildirilir.
Hadisənin qısaqapanma nəticəsində baş verdiyi bildirilir.