25 İyul 2014 11:18

Nazirin birinci müavini postuna təyinat ilk dəfə həyata keçirilir

Prezident İlham Əliyev Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova iki müavin təyin olunması ilə sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncəmla İltimas Məmmədov nazirin birinci müavini, Elmir Vəlizadə isə müavin təyin olunub.

Eyni zamanda akademik Adil Qəribov nazirliyin nəzdindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin olunub.

Qeyd edək ki, hazırda nazirlikdə struktur yenilənməsi həyata keçirilir. Nazirin birinci müavini postuna təyinat ilk dəfə həyata keçirilir.


Müəllif:
Загрузка...