25 İyul 2014 19:56

Hollandiya hökuməti ermənilərin ölkədən çıxarılması haqqında qərar çıxarıb.


Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, Avropada ən liberal dəyərlərin hökm sürdüyü Hollandiyada hökumət bu ölkəyə qanunsuz miqrasiya eləmiş erməniləri qovmaq haqda qərar çıxarıb. Hətta qərara görə, könüllü şəkildə Hollandiyanı tərk edəcək erməni ailələrinin hər bir üzvünə min avro mükafat verəcək.

Faktla bağlı erməni saytlarında gedən xəbərə ermənilərin mövqeyi birmənalı olmayıb. Bəziləri bunun demoqrafik vəziyyətin düzəlməsi baxımından yaxşı addım olduğunu bildirsə də, hakimiyyətyönlü şəxslər bu addımın ölkədə inqilaba səbəb olacağını deyiblər.

Ermənilərin bir çoxu bu fikirdədir ki, Ermənistanı tərk edib Avropaya gedən ermənilər soyğunçuluqla məşğul olurlar və Avropada yaşayan həmyerlilərinin əksəriyyəti onları sevmir. Hətta bu barədə rəqəmlər də səsləndirirlər. Onların sözlərinə görə, Avropa mədəni mühitdir, amma ora gedənlər potensial cinayətkarlardır.

Mediada gedən yazılarda həm də Ermənistandakı demoqrafik problemin yaratdığı fəsadların da özünü göstərdiyi deyilir və bunun ölkənin gələcəyi üçün ziyanı haqqında danışılır:

“Və burada əlbəttə ki, yeni və dəhşətli anlayış olan emiqrasiyanın indiyədək görünməyən naməlum sifəti özünü göstərir: işləməyə həvəsini itirmiş, Avropada mağazaları soymaq və ya sosial müavinətlər hesabına yaşamağa vərdiş eləmiş böyük insan kütləsi! Burada Ermənistan üçün o insanların qayıtmasının, yoxsa qayıtmamasının daha yaxşı olduğunu söyləmək çətindir. Axı Avropada qalmaqla onlar həm də Ermənistanın nüfuzu ilə oynayır, ermənilərə üçüncü sort xalq kimi baxılmasına kömək edirlər. Başqa sözlə, gözümüz önündə deyəsən, erməni emiqrasiyasının daha bir qorxunc təbəqəsi yaranır. Ermənilərin içindən yaradıcı, zəhmətkeş genlər yerini cinayətkar boşluğa verməklə miqrasiya edirlər...”

Xatırladaq ki, hazırda ABŞ-da səfir olan keçmiş Baş nazir Tiqran Sərkisyan da hakimiyyətin emiqrasiyanı təşviq etdiyini və bunun anti-inqilabi addım olduğunu deyib.


Müəllif:
Загрузка...