11 İyul 2014 11:35
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun ən məşhur cütlüyü Bred Pitt və Ancelina Coli öz münasibətləri haqda şərh verməyi xoşlamırlar.

Buna baxmayaraq Coli 12 yaşlı oğlu Meddoksun şəxsi həyatından danışmağı sevir.

Ancelina oğlunun sevdiyi xanımı bəyəndiyini deyib:
“Olduqca mehriban qızdır. Bredlə mən onu çox bəyənirik. O, İngiltərədə yaşayır. Oğlumla həmin qızın tanışlığı da orada olub. Biz çalışırıq ki, cütlüyün görüşünü təşkil edək. İlk fürsətdə Bredlə Londona gedirik. İstəmirik ki, uzun müddət bir-birilərindən ayrı qalsınlar. Məcburi şəkildə daha çox internet vasitəsilə əlaqə yaratmağa çalışırlar”.

/axşam.az/


Müəllif: