Xalq artisti Brilliant Dadaşova çoxdan anons olunan yeni, “Səndən ayrı” adlı mahnısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, söz və musiqisi Tural Bayraməliyevə aid olan mahnı Türkiyə, Moldova və London studiyalarında hazırlanıb. Sevgi mövzusunda olan mahnının yaxınlarda klip çəkilişləri başlayacaq.
Bundan başqa müğənni yaxın müddətdə retro mahnılardan ibarət yeni albomunu təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, sözügedən mahnının bəstəkarı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində böyük miqyaslı biznes fəaliyyəti göstərən azərbaycanlı iş adamıdır.
Teleqraf.com mahnının linkini təqdim edir
Pərvin