5 İyul 2014 12:54
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın iki gün ərzində Azərbaycanın bəzi yerlərində temperatur 40 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

İyulun 6-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 33-38 dərəcə isti olacaq. İyulun 7-də gündüz havanın temperaturu 34-38, bəzi yerlərdə 39 dərəcə isti olacaq.

İyulun 6-da Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

İyulun 6-da Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq. İyulun 7-də isə Aran rayonlarında bəzi yerlərdə temreraturun 40 dərəcəyə kimi yüksələcəyi gözlənilir.

/trend/


Müəllif: