Ukraynada hərbi hospitalda toy keçirilib.
Kiyevdə baş tutan bu qəribə mərasim zamanı iki yaralı hərbiçi öz xanımları ilə nigaha giriblər. 79-cu Nikolayev briqadasının döyüşçüləri Ukraynanın şərqində antiterror əməliyyatında iştirak edərkən yanıq xəsarəti alıblar.
Həkim hərbiçilərin ən az 1 ay hospitalda həkim nəzarətində qalmasını istəyib. Yaralı əsgərlərin birlikdə yaşadıqları xanımları isə onlara jest edərək xəstəxanada kəbn kəsilməsini təşkil ediblər. Kəbin kəsmə mərasimi Kiyevdə baş hərbi hospitalda baş tutub.
/ans press/