30 İyul 2014 18:10
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkə iqtisadiyyatı oliqarxların nəzarətindədir"

Ermənistanın məhşur iş adamlarından biri olan Vaqna Ovnanyan ölkə iqtisadiyyatının tamamilə oliqarxların nəzarəti altında olduğunu bildirib.

Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, Ovnanyanın sözlərinə görə, erməni oliqarxların yaratığı qeyri-bərabərlik ölkə iqtisadiyyatını ağır vəziyyətə salıb.

Ovnanyan deyib ki, bu gün Ermənistanın öz büdcəsini doldurmaq üçün xaricə ixarc edə biləcəyi ciddi heç nəyi yoxdur: "Əvəzində bizim pullarımız xaricə daşınmaqdadır. Beynəlxalq Valyuta Fondunun 2008-ci ildə dünyada baş vermiş iqtisadi böhrandan sonra açıqladığı rəqəmdə bildirilib ki, Ermənistan və Gürcüstan iqtisadiyyatı hələ də tan özünə gələ bilməyib. Azərbaycan iqtisadiyyatı isə bu dalğadan zərərsiz çıxa bilib. Ermənistan iqtisadiyyatı 2008-ci il səviyəsinə hələ 2016-cı ildə çata biləcək. İqtisadiyyatımızın bu qədər geriləməsinə səbəb krizislə yanaşı oliqarxların monopoliyasıdır"


Müəllif:

Oxşar xəbərlər