30 Dekabr 2021 12:46
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 29-da 81,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,32 dollar/barel çoxdur.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 80,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,37 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,41 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 77,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,22 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com