15 Oktyabr 2016 23:34
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyeva küsülü olduğu mərhum müğənni İlhamə Quliyevanı bağışladığını deyib.

Teleqraf.com xəbər verir ki, Nazpəri Dostəliyeva "Xəzər maqazin" verilişində mərhum haqqında bu sözləri deyib:

"İlhamə Quliyevanı çoxdan əfv etmişəm. Çünki situasiyanı başa düşmüşəm. Bəziləri kimlərinsə qarşısında özlərini yaxşı göstərmək üçün aciz fikirlər işlədiblər. O, insanlar mənim üçün cılızdır. Qorxaq, ikiüzlü insanlara əhəmiyyət vermirəm. Hər kəs öz mədəniyyətini göstərdi. Daxilindəkiləri ortaya qoydu. İnsan nəyi əkirsə, onu da biçir".


Xatırladaq ki, Nazpəri Dostəliyeva uzun illər İhamə Quliyeva ilə qalmaqal yaşayıb. Hətta İlhamə Quliyeva onu məhkəməyə vermişdi. O, Nazpəri Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi. Məhkəmə qərarına əsasən, N.Dostəliyeva İlhamə Quliyevanın xeyrinə 25 min manat cərimələnmişdi.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər