7 Avqust 2014 16:29
2 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən sevgi münasibətlər – həm xoşbəxtlər həm də qeyriləri - bizim üçün qiymətli təcrübə olur. Böyük şəxsiyyətlərində bir sevgi təcrübəsi olub. Onlar bizə adi insanlara nümunə və örnək olduğu kimi həmdə dərs ola bilər.

Biz də onlardan ən maraqlı və bir şeylər öyrənə biləcəyimiz nümunələrini sizlərlə paylaşmaq istədik.

1. Sevgi üçbucağından qaçın


Məşhur şairə Anna Axmatova Nikolay Puninlə birlikdə uzun müddət vətəndaş nigahinda yaşayıb. Bu münasibətləri xoşbəxt adlandırmaq çətindir. Ən dəhşətlisi odur ki, onlar Punin arvadı və qızıyla birlikdə yaşayırdılar amma Punin heç nəyi dəyişmək fikrində deyildi...

Ona görə də hətta sizin sevgiliniz əbədi məhəbbətə and içsə belə sizsiz öləcəyini özüne qəsd edəcəyini desə belə qaşın o adamdan. Çünki əvvala yuva dağıdan quşun yuvası olmaz 2 ci isə sevgiliniz onsuzda heç nəyi dəyişməyəcək. İki tərəfə işləyən casus sizin nəyinizə lazımdır?

2. Flirt edin


Məşhur İngiltər kraliçası Anna Boleynin həmişə çoxlu pərəstişkarı olub. Əsas səbəb bu idi ki, o flirt etməyi bacarırıdı. Hətta bunun nəticəsində adi aristokrat qızı kraliça ola bilir. O, VII Henriyə ərə gedir və ingiltərə kraliçası olur.

Ona görə də unutmayın ki, qadın nə qədər çox əks cins tərəfinin diqqətində olursa o qədər hamı üçün maraqlı olur. Flirt etməyi öyrənin və sizin pərəstişkarla ordusu əhatə edəcək.

3. Evlənməyə tələsməyin


Evliliyə qədər şahzadə Çarlz, Kamilla Şandla görüşürdü. Diana Spenser, gələcək şahzadə Diana düşünürdü ki, onlar evlənərsə Çarlz keçmiş sevgilisindən ayrılacaq. Amma məlum olub ki, hətta toy səyahəti zamanı belə şahzadə passiyası ilə zəngləşirmiş.

Ona görə də əgər siz sevdiyiniz şəxsin sizə münasibətinə əmin deyilsinizsə evlilik təklifini qəbul etməyin. Çünki “hər şey düzələcək” düşüncəsi yanlışdır. Bu fikirlə özünüzü aldatmayın.

4. Kişiyə onun əhəmiyyətli olduğunu hiss etdirin


Bir neçə nəslin sevimli aktrisası Nadejda Rumyantseva həyat yoldaşı Villi Xştomyanla 40 ildən çox bir yerdə yaşayıblar. O həmişə deyirdi ki, hər şeyə rəğmən kişiyə, onun ailə başcısı olduğunu hiss etdirmək lazımdır. Sizin statusunuzda və tanınmış olduğunuzdan asılı olmayaraq.
Ona görə də hətta siz prezident olsaniz belə kişinin önəmli olduğunu onun diqqətinə çatdırın. O zaman minnətdar kişi sizin hır bir nazinizi çəkər.

5. Münasibətlərdə romantikanı unutmayın


Viktoriya Bekxemin sirri budur ki, o hər zaman sevgilisinə (ər deyil sevgilidir) kişik sürprizlər hazırlayır. Təbii ki Devid də bunu qiymətləndirir və qarşılıq verir. Nəticədə onlar artıq neçə illərdir ki həsəd aparılan cütlük kimi məşhurlaşıblar.

Ona görə də əgər xoşbəxt olmaq istəyirsinizsə romantikanı unutmayın. Unutmayın ki, biriniz romantik bir addım atdıqda digəri mütləq cavab verməyə ən pis halda məcburdur...

6. Ər yox uşaqların atasını axtarın


Əsrarəngiz qadın hesab olunan Ancelina Colinin ilk 2 evliliyi heç 3 il çəkmədi. Səbəb isə budur: o sadəcə sırf özləri daha çox maraqlanan kişiləri seçmişdi. “Amma Bred Pitt isə esl ailə adamı kimi ailəsi və uşaqları ilə maraqlanır”.

Ona görə də o kişiləri seçin ki onlar üçün SİZ ikiniz önəmli olasınız .

7. Doğru insanı seçin


Dəmir ledi kimi tanınan Marqaret Tetçer həyat yoldaşı ilə 50 il xoşbəxt yaşayıb. Denis Tetçer həmişə Marqaretin kölgəsində olub. Ancaq demir ledi hər zaman qeyd edirki, həyat yoldaçı ona həmişə arxa, dayaq olub. Yalnız ona arxayın olmaq mümkündür o məmin arxalanacağım və məni satmayacaq insan Denisdir – deyirdi Böyük Britaniyanın baş naziri.

Ona görə də o kişini tapın ki bütün haııarda sizə dəstək ola bilsin. Önəmli olan onun üçün siz olasınız və kimin nə vəzifədə olması və sənin maaşının onunkundan çox olmasının heç bir əhəmiyyəti olmasın.

Ülviyyə


Müəllif: