Bu gün İsveçin paytaxtı Stokholmda keçiriləcək “Eurovision 2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.
Teleqraf.com xəbər verir ki, ikinci yarımfinalda 18 ölkə çıxış edəcək. Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstriya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika finala keçmək uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, müsabiqəyə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniya finala birbaşa vəsiqə qazanan ölkələrdir.
Xatırladaq ki, ikinci yarımfinal saat 23:00- da İctimai TV- də canlı yayımlanacaq.
Rəqsanə