Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Çingiz Oktay oğlu Cəfərova nişanlısı Ülviyyə Fəxrəddin qızı Qədirovanın gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı “Arko” üz kreminin içərisinə kustar üsulla yerləşdirilmiş işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Çingiz Cəfərov Cinayət Məcəlləsinin 206.4; 234.4.1 və 234.4.3 maddələrinə əsasən həbs olunub.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov