7 İyul 2014 16:35
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda ötən gün əsən güclü külək və şimşəklə müşahidə olunan yağış Əsrik çayında bolsululuğa səbəb olub.

Günorta saatlarından yağmağa başlayan yağış rayonun dağ kəndlərinin ərazisindən axan çayları daşmaq təhlükəsi ilə üz-üzə qoyub.

Hətta bəzi ərazilərdə Əsrik çayının üzərində olan körpülərdən keçmək müşkül məsələyə çevrilib. Yay fəsli ilə əlaqədar insanların daha çox üz tutduğu məkan olan Əsrik dərəsindən axan eyniadlı çayda da güclü yağışın ardından bu cür vəziyyət yaranıb.

İnsanların bir qismi çayın bir tərəfində, digərləri isə o biri tərəfində qalıb. Qeyd edək ki, hələ iyunun əvvəlində Tovuza yağan güclü yağış, dolu kənd təsərrüfatına xeyli ziyan vurub.

/kepez.tv/


Müəllif:

Oxşar xəbərlər