Elbrus Saleh oğlu İsayev yenidən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Elbrus İsayev 1979-cu il oktyabrın 7-də Naxçıvan şəhərində anadan olub. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində (NDU) təhsil alan E.İsyayev 2000-2002-ci illərdə NDU-nun magistratura pilləsində oxuyub. O, 1998 – 2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər təşkilatının sədri vəzifəsində çalışıb. 2001-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirən E.İsayev, 2000-2005-ci illərdə Naxçıvan MR Dövlət Televiziya və Radio verilişləri Komitəsində redaktor, 2000-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafaderasında və 2008-ci ildə isə Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifələrində işləyib.
2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb. 2013-cü ildə Naxçıvan Özəl Universiteti Humanitar Elmlər kafedrasının müdiri, 2014-2018-ci illərdə “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin dekanı, “Naxçıvan” Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində fəaliyətini davam etdirib. 2014-2018-ci illərdə “İstedad-XXI əsr” MMC-nin təsisçisi və direktoru olub. 2018-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışıb.
2019-cu il dekabrın 3-də Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib. Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla yenidən rektor təyin olunub.
Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycanda rektorların səlahiyyət müddəti 5 ildir. Amma bu müddəa 2018-ci ildən əvvəl təyin olunan rektorlara şamil edilmir.