14:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb.

Bu barədə Teleqraf.com-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.

Xidmət rəsmisinin sözlərinə görə analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər