23 Oktyabr 2020 11:30
3 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Dağlıq Qarabağda əks-hücum əməliyyatları zamanı ölüb.

Teleqraf.com-un məlumatına görə, bu barədə eks-deputatın qızı sosial şəbəkədə məlumat yayıb.

David Matevosyan 1995-99-cu illərdə Ermənistanda deputat olub. O, 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanın seçki kampaniyasına rəhbərlik edib.


Müəllif: Teleqraf.com