"Maariflənmiş Ermənistan” Partiyasının sədri və Ermənistan parlamentində eyni adlı fraksiyanın lideri Edmon Marukyan da Moskvaya səfər edib.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, Marukyanın Moskvaya səfər etməsi haqda xəbər partiya funksionerləri tərəfindən təsdiqlənib.
Ancaq bununla belə səfərin kim tərəfindən təşkil edildiyi, kimlərlə görüşlərin keçiriləcəyi məsələsi qapalı qalır.
Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan da bu gün Moskvaya yola düşüb.