26 Dekabr 2023 16:45
2 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Respublika Partiyası küçə döyüşlərini Nikol Paşinyan hökumətinin - bu kapitulyatorların aradan götürülməsi üçün əsas vasitə hesab edir”.

Teleqraf.com xəbər verir ki, bunu sözügedən partiyadan olan deputat Hayk Mamicanyan deyib.

“Partiyamızın fəaliyyətlərini izləyənlər bilirlər ki, belə bir plan var”, - deputat vurğulayıb.

Mamicanyanın iddiasına görə, əvvəllər bu planın həyata keçirilməsinə cəhdlər olsa da baş tutmayıb:

“Siyasəti az-çox izləyənlər anlayırlar ki, respublikaçılar bu haqda neçə dəfə danışıblar, eyham vurublar. Həmin proqram yenə də qalır. Bunun üçün hazırlıq görülür, bizim üçün küçə döyüşündən başqa bir alət ağlasığmaz görünür.

Erməni xalqının, erməni vətəndaşlarının, vətənpərvərlərinin Paşinyana verəcəkləri cavabları var və ona eyni cavabı verəcəklər”.

Respublika Partiyasının sədri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyandır. Hazırkı Baş nazir Nikol Paşinyan 2018-ci ildə onu məhz küçə etirazları ilə devirərək hakimiyyətə gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər