Rusiyada Azərbaycan dilində məktəblərin açılması valideynlərdən asılıdır. Əgər valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva bu gün Bakıda “Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunmuş brifinqdə deyib.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, iki ölkə arasında təhsil sahəsində münasibətlər dinamik inkişaf edir: “Rusiyanın iki universitetinin Azərbaycanda filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının açılması münasibətlərimizin inkişafının göstəricisidir”.