İstanbul şəhəri də daxil olmaqla 10 şəhərdən ABŞ-a ediləcək birbaşa uçuşlar zamanı sərnişinlərin yanlarında cib telefonu istisna olmaqla netbook, kompüter və digər elektronik cihazların təyyarə göyərtəsinə buraxılması qadağan edilir.
Teleqraf.com-un xəbərinə görə, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, qadağalar İstanbul, Qahirə, Amman, Küveyt, Kasablanka, Doha, Riyad, Ciddə, Abu Dabi və Dubay şəhərlərinə şamil edilir.
Təhlükəsizlik təhdidi ilə əlaqələndirilən qadağanın bu günlərdə qüvvəyə minəcəyi söylənilir, amma nə qədər sürəcəyi bilinmir.
NBC NEWS-in xəbərinə görə, qadağalarla bağlı detallar bu gün açıqlanacaq.
Maraqlıdır ki, qadağaların tətbiq edildiyi ölkələr Vaşinqtonun müttəfiqləridir. Türkiyə NATO-nun üzvü, Misir ABŞ-dan ən çox hərbi yardım alan ölkə, Qətərdə isə ABŞ hərbi qüvvələrinin xüsusi təyinatlı bazası mövcuddur.
Cavad