5 Avqust 2014 12:50
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Şuraya yer verməməsinə aydınlıq gətirib


Xatırladaq ki, hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə əlaqədar Sülh və Demokratiya İnstitutunun ofisində keçirilən tədbirdə AXCP sədri Əli Kərimli sözügedən ofisdə toplaşmağın təsadüfi olmadığını, demokratik təşkilat olan RATİ-nin Milli Şuraya tədbir keçirmək üçün yer vermədiyini bəyan edib.

RATİ-nin direktoru Emin Hüseynov isə məsələ ilə bağlı bildirib ki, ofisdə təmir işləri ilə əlaqədar avqustun 1-də Milli Şuraya yer verilməyib: “İyulun 31-də sabah üçün tədbir keçirmək məqsədilə müraciət etdilər və bildirdik ki, bu, mümkün deyil. Çünki onlar istədiyi gün bizim ofisdə təmir işləri nəzərdə tutulurdu. Bəzi problemlər vardı. Ancaq görünür ki, onlar məni düzgün anlamayıblar. Eyni zamanda mən onlara bildirdim ki, ayın 31-i mümkündür, ancaq gələn həftə üçün yox. Onlar da dedi ki, biz çatdıra bilmərik. Qaldı ki, Əli Kərimlinin dediklərinə, o, şəxsən mənə yer üçün müraciət etməyib”.

E. Hüseynov qeyd edib ki, 10-15 gün ərzində RATİ-də tədbir keçirilməyəcək. Onun sözlərinə görə, ofis həm də icarə haqqını ödəyə bilmir: “Biz ofis sahibinə bildirmişik ki, müvəqqəti çətinliklər aradan qalxmayana kimi, biz icarə haqqını ödəyə bilməyəcəyik. Çünki bir çox QHT-nin bank hesabı dondurulub. Bizim vəsaitim olmayacaqsa, ofisdən çıxarıla da bilərik”.

APA


Müəllif: