5 Yanvar 2021 21:39
2 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ savaşında qazananlardan birinin də Türkiyə olduğu mübahəsəsiz həqiqətdir”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyində dərc olunan bir məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Türkiyənin dron-döyüş taktikasının Qarabağdan əvvəl Suriya və Liviyada terror qruplaşmalarına qarşı mübarizədə təsirli olduğu nümayiş etdirilmişdi:

“Qarabağ savaşında da, Türkiyənin Azərbaycan ordusuna verdiyi təlim və döyüş taktikaları iki nizami ordu arasındakı savaşda Türkiyənin uğurunu bir daha sərgilədi.

Türkiyənin müdafiə sənayesinin qlobal bazarda bundan yaxşı tanıdılması düşünülə bilməzdi. Eyni zamanda, geosiyasi olaraq Avrasiyada ağırlığını artıran Türkiyə özünü təkcə yerləşdiyi bölgənin və ya NATO daxilində Qərbə bağlı bir güc yox, qlobal miqyasda müstəqil bir oyunçu kimi tanıtdı. Türkiyənin İslam dünyasının qoruyucusu olaraq öz mövqeyini gücləndirdiyini desək, mübaliğə etmiş olmarıq.
Şərqdən Qərbə uzanan logistika və enerji xətlərinin təhlükəsizliyini Türkiyənin təmin edə biləcəyi mesajı da, açıq şəkildə Qarabağdan verildi. Ermənistnın 2020-ci ilin aprel ayında enerji xətlərinə qarşı həmlələrinin ona baha başa gəldiyini, Türkiyənin milli maraqlarına qarşı çıxan hər kəsin də bunun əvəzini ağır ödəyəcəyini dünyaya göstərdi. Beləliklə, Türkiyə yeni qlobal oyunçu kimi öz mövqeyini həm Qərbə, həm də Şərqə qəbul etdirdi. Türkiyənin bu şəkildə qloballaşmasının dünyanın “beşdən böyük” olmasının bir nəticəsi olaraq, gələcəkdə BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişəcəyinin, yeni qlobal nizamın Türkiyə olmadan qurulmayacağının mesajı olduğunu desək, yenə də mübaliğə etmərik. Bu, Türkiyəyə bir kompliment deyil, yeni Türkiyə həqiqətləridir”.

Məqalədə vurğulanıb ki, savaşın əsas və ən böyük qalibi 30 ildən sonra öz ərazilərini işğaldan azad edən Azərbaycandır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər