Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Vladimir Zelenski, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışıqları aparıb.
Teleqraf.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Zelenski ilə telefon söhbətində daha çox insan tələfatının olmaması və Ukraynanın daha çox zərər görməməsi üçün ən qısa zamanda atəşkəs elan etmək üçün səy göstərdiklərini bəyan edib.
Mövlud Çavuşoğlu da Sergey Lavrova Ukraynadakı vəziyyəti müzakirə edib, arzu olunarsa Rusiya-Ukrayna danışıqlarına Türkiyənin ev sahibliyi edə biləcəyini vurğulayıb.