15 Fevral 21:56
8 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Milli Kosmos Agentliyinin (NASA) araşdırmasına görə, iqlim dəyişikliyi planetin rəngini də dəyişməyə başlayıb. “Mavi planet” kimi tanınan Yer kürəsinin rəngi qlobal istiləşmə səbəbindən dəyişir, mütəxəssislər bu gəlişmədən narahatdır.

Teleqraf.com xəbər verir ki, son 20 ildə okeanların yarısından çoxu iqlim dəyişikliyinin gətirdiyi istiləşmə səbəbindən mavi rəngdən yaşıl rəngə keçib.

Ən çox təsirlənən ərazilər Yerin ən isti olduğu ekvatorun ətrafındadır. Britaniya Milli Okeanoqrafiya Mərkəzinin elm adamları bildirirlər ki, rəng dəyişikliyi ekosistemin pisləşməsinə işarədir.

Britaniyalı elm adamı B.B. Kel gəlişmə ilə bağlı deyib:

“Buna rəng dəyişikliyinə görə yox, ekosistemdəki dəyişikliyi əks etdirdiyi üçün önəm veririk”.

Araşdırma bunun planktonla bağlı ola biləcəyini göstərir, amma rəng dəyişikliyinin dəqiq səbəbi hələ təsdiqlənməyib. Bu orqanizmlər dənizlərin qida zəncirinin dibindədirlər, amma Yerdəki oksigenin çox hissəsinin istehsalında rol oynayırlar. Həmçinin atmosferə sabitləşdirici təsir göstərirlər. Sayları kifayət qədər çox olan planktonlar okeanlarda işıq paylayırlar, bəzilərində isə fərqli piqmentlər var. Rəngin dəyişməsi elm adamlarına plankton populyasiyalarının necə dəyişdiyi barədə daha aydın fikir verə bilər.

“Demək olar ki, bütün tropik və ya subtropik okeanlarda ciddi rəng dəyişiklikləri var. Bunlar ekosistemi məhv edən böyük dəyişikliklər deyil, amma hiyləgər ola bilər. Eyni zamanda, bu, insan fəaliyyətinin qlobal biosferə hələ dərk etmədiyimiz şəkildə təsir etdiyinə dair əlavə sübutlar verir”, - Kel qeyd edib.

Elm adamları okeanların yaşıllaşmasının qalıcı təsirinin nələr ola biləcəyini anlamağa çalışarkən, NASA mövzu ilə bağlı yeni layihəyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu