Gürcüstanın Baş naziri İrakli Qaribaşvili birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.