Yarışların başlanğıcında zəif nəticə göstərdim. Bir neçə xal itirdim. Amma ruhdan düşməmişəm. Çünki qarşıda hələ təkbətək atışlar var.
Bunu AZƏRTAC-a müsahibəsində azərbaycanlı oxatan Taras Senyuk deyib.
Azərbaycanlı idmançı yarışlarda daha yaxşı nəticələr qazanacağına ümid etdiyini bildirib: "Medal qazanmaq üçün əlimdən gələni edəcəyəm. Çünki buna şansım var".