Fətullah Gülənin lideri olduğu Gülən camatına məxsus özəl məktəblər Türkiyə Təhsil Nazirliyinin balansına keçirildi.
Gülən məktəblərinin (dərsanələr) adı dəyişdirilərək “Təməl Lisey”(çoxproqramlı) olacaq.
Sözügedən təhsil ocaqlarının lisey kimi fəaliyyət göstərməsi 2018-2019-cu təhsil illərində başlanacaq.
Türkiyə Təhsil Nazirliyinin şərtlərinə uyğun olan bu "dərsanələ" “Təməl lisey” adına sahib çıxaraq fəaliyyətlərini davam etdirə biləcəklər.
Nazirliyin yeni qərarına əsasən qeyri-qanuni və qaçaq yolla fəaliyyət göstərən bütün Gülən məktəbləri bağlanacaq./anspress/