1 Noyabr 20:56
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Novi Sad şəhərində qatar stansiyasında fasadın uçması nəticəsində 8 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Danas" portalı məlumat yayıb.

Daxili işlər naziri İvitsa Daçiç Novi Saddakı dəmiryol vağzalında dağıntılar altından səkkiz nəfərin cəsədinin çıxarıldığını, ikisinin xəstəxanada olduğunu bildirib.

Xilasedicilərin hələ də dağıntılar altında qalan bir qadın və 14 yaşlı qızı çıxarmağa çalışır. Bundan başqa, insident nəticəsində 30 nəfərin yaralandığı məlumdur.


Müəllif: Arzu

Oxşar xəbərlər