14 Yanvar 2023 20:29
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan filmi "Suğra və oğulları" filmi 19 yanvardan etibarən "CinemaPlus" kinoteatrlarında nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, filmin rejissoru İlqar Nəcəfdir.

Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan filmdə 2-ci dünya müharibəsi dövrü Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

Filmin quruluşcu operatoru Avropa kino akademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Michael Menzke (Almaniya), filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboadır (Niderland).

İkinci Dünya Müharibəsində kişilər döyüşərkən qadınlar ucqar kənddə iş görürlər. Kiçik bir qrup qaçaq isə dağlarda gizlənir. Suğranın böyük oğlu Musa onlara qoşulduqdan sonra kiçik qardaşı Bəxtiyar qaçaqlarla kənd arasında əlaqə rolunu oynayır. Şəhvət düşkünü kolxoz sədri Barat qaçaq Əhəd tərəfindən öldürüldükdən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin zabitləri qaçaqları axtarmağa gəlir. Beləliklə, Suğra və Bəxtiyarın həyatında dramatik dönüş baş verir.


Müəllif: Nərmin