“İnsanlar çox paxıldır. Qeybət, böhtan hamısı paxıllıqdan irəli gəlir. İçinizdə zəhər dolub-daşır. Bir az Allahdan qorxun və dua edin ki, sizə də gözəl həyat bəxş etsin. Yoxsa bu və o dünyada da cəhənnəm yaşayacaqsınız. Başqalarının sevincinə, xoşbəxtliyinə sevinə bilmirsinizsə, sadəcə, biganə qalın yetər”.
Bu sözləri müğənni Nura Suri özünün “Facebook” profilində yazıb. Yerli şou-biznesin cazibədar və gözəl müğənnisi kimlərə isə olan qəzəbini belə ifadə edib.
Onu da deyək ki, sənətçi hazırda oğlu Davidlə Antaliyada azərbaycanlı milyarder Telman İsmayılova məxsus “Mardan Palace” otelində dincəlir.
Müğənni istirahətindən olan fotolarını sosial şəbəkədə paylaşmağı da unutmayıb.
İyulun 26-da Antalyada Nuranın oğlu Davidin ad günü də qeyd olunub. Ad günündə Nuranın duet ortağı Cəbrayıl Rəsulov və müğənninin ən yaxın rəfiqəsi Syama Rəsulova iştirak ediblər.
Qeyd edək ki, adıçəkilən otel Türkiyənin və Avropanın ən bahalı otellərindən sayılır.
Teleqraf.com tabloid.az-a istinadən müğənninin istirahət fotolarını təqdim edir: