“Bozbash pictures”də Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucov haqqında yayılan söz-söhbətlərə son qoyub.
Aktyor şayiələrdən təngə gəldiyini bildirib:
“Bu yaxınlarda xəbər yaydılar ki, guya mənə ev veriblər. Ardınca da maşın məsələsi ortaya çıxdı. Elə bilirlər, şayiələri özümüz yayırıq. Bunlar hamısı yalandır. Belə söhbətlər məni narahat edir, problem yaradır. Mənə nə ev, nə də avtomobil bağışlayıblar”.
Elşən həmçinin bildirib ki, bu gün Fransaya yola düşür:
“Fort Boyard”ın növbəti buraxılışları çəkilir. Bu dəfə mən də həmin yarışmada olacam. On gündən sonra qayıdacağam”.
/axşam.az/